“Bakı” itkilərlə üzləşdi
22.07.2009 - 10:20
“Bakı” itkilərlə üzləşdi
Çempionlar Liqasındakı (ÇL) təmsilçimiz “Bakı” itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı komandasının seneqallı qapıçısı Xalidu Sissoko və yarımmüdafiəçi Bəxtiyar Soltanov üçüncü təsnifat mərhələsində “Levski” (Bolqarıstan) ilə Bakıda ilk oyunda iştirak etməyəcəklər. Buna səbəb hər iki futbolçunun cəzalı duruma düşməsidir.

Rafael Əmirbəyovun yoxluğunda “Bakı”da kapitan sarğısını daşıyan Sissoko ilə Soltanov ÇL-nin ikinci təsnifat mərhələsi çərçivəsində “Ekranas”la hər iki görüşdə sarı vərəqə alıb. Nəticədə diskvalifikasiya üzündən növbəti oyunu buraxmalı olan futbolçular “Levski” ilə Sofiyada keçiriləcək cavab görüşündə meydana çıxa bilərlər.
0