Bakıda ləkələnmiş məşqçi Berti Foqtsa qarşı
22.07.2009 - 12:11
Bakıda ləkələnmiş məşqçi Berti Foqtsa qarşı
Futbol üzrə Azərbaycan milli komandası İsveçrədə keçiriləcək təlim-məşq toplanışı zamanı yerli “Lutsern” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri rəqiblə iyulun 29-da Sürixdə qarşılaşacaqlar.

Maraqlıdır ki, “Lutsern”in baş məşqçisi Rolf Fringer azərbaycanlı futbol azarkeşlərinə kifayət qədər tanışdır. O, 1996-cı il avqustunda İsveçrə yığmasının baş məşqçisi qismində Bakıda dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasına gözlənilmədən uduzub - 0:1. Bundan sonra o, “ölənədək Azərbaycan yığmasının ləkəsini daşımağa məhkumam” ifadəsini işlətmişdi. Hazırda “Lutsern”i çalışdıran 52 yaşlı mütəxəssis Azərbaycanla oyun öncəsi verdiyi müsahibə də maraqlı alınıb.

- Biz ehtiyat edirik ki, mövsümə “Bellinzona” üzərində qələbə ilə başlamağınıza baxmayaraq, daha “Lutsern”də işləməyəsiniz?
- Nəyə görə?

- Axı, 1996-cı ildə Azərbaycan komandası ilə qarşılaşmadan sonra işsiz qalmışdınız.
- Hə, siz bunu nəzərdə tutursunuz. Əslində, yoldaşlıq görüşü keçirməyi mən özüm istəmişəm. Çünki Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsu yaxşı tanıyıram. Həm də nəzərə almaq lazımdır ki, mən Azərbaycanda milli qəhrəman sayılıram (gülür).

- Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirməkdə məqsədiniz nədir?
- Düşünürəm ki, çempionatdakı 3 turdan sonra belə bir yoxlama matçına ehtiyac var. Yoldaşlıq görüşündə oyun təcrübəsindən əziyyət çəkən futbolçulara forma geyinmək şansı verəcəyəm.

- Azərbaycan adını eşidəndə hansı hissləri keçirirsiniz?
- Həmişə gülürəm. İndi hətta Ottmar Hitsfeld də İsveçrə yığmasında fiaskoya uğrayanlar siyahısında mənimlə birgə yer alır.
0