“Bakı”nın daha bir futbolçusu “Kocaelispor”da!
24.07.2009 - 12:56
“Bakı”nın daha bir futbolçusu “Kocaelispor”da!
“Bakı”nın futbolçusu Ndayisaba Floribert Türkiyənin “Kocaelispor” klubunda baxışdadır. Apasport.az saytının məlumatına görə, bakılıların heyətində ötən mövsüm çempion olan 19 yaşlı burundili futbolçu müdafiənin önündə çıxış edir. “Kocaelispor” baxışdan keçirdiyi afrikalı futbolçunu Salyanın “Muğan” klubu ilə yoxlama oyununda sınayıb. 46-cı dəqiqədə meydana çıxan Floribert salyanlılara qarşı Türkiyədə oynamaq imkanı qazandı. O, hazırda “Kocaelispor”da baxışda olan 5 futbolçudan biridir.

Qeyd edək ki, İzmit təmsilçisi “Bakı”nın digər futbolçusu Ramal Hüseynovu əvvəlcə yarım illiyə icarəyə götürdü, bir müddət öncə isə üç illik müqavilə imzaladı. Ramal qışda “Kocaelispor”a keçdiyi üçün Ndayisabaya ilə “Bakı”da komanda yoldaşı olmayıb.
0