263 günlük seriya Bakıda qırıldı
24.07.2009 - 13:31
263 günlük seriya Bakıda qırıldı
“Rusenborq” bu il ilk məğlubiyyətini Bakıda aldı. Apasport.az saytının məlumatına görə, Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə 0:1 hesabı ilə uduzmaqla mübarizəni dayandıran Tromheyn təmsilçisinin həm də 263 günlük məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Özü də keçirdiyi görüşlərin böyük əksərində qol vuran “Rusenborq” “Qarabağ”la iki görüşdə qapısına yol tapa bilmədi.

Cari mövsümdə yenilməz olan “Rusenborq” çempionatda keçirdiyi 16 oyunun 11-də qalib gəlib, 5-də heç-heçə edib. 38 xalla ən yaxın izləyicisi “Molde”ni 4 xal qabaqlayan komanda ölkə kubokunda da mübarizəni davam etdirir. Belə ki, “Lov Ham” klubunu iki oyunun nəticəsinə (0:0 və 2:0) görə mübarizəni kənarlaşdıran “Rusenborq” Avroliqanın ilk təsnifat mərhələsində Farer adalarının “Runavik”ini hər iki görüşdə məğlub etdi – 3:0 və 3:1. İkinci təsnifat mərhələsində “Qarabağ”la ilk ev oyunu isə qolsuz heç-heçə ilə bitdi.

Göründüyü kimi, ötən mövsümü 5-ci yerdə bitirən adlı-sanlı klubun bu il çempionat, ölkə kuboku və Avroliqadakı görüşlərini nəzərə alsaq, 21 oyundur yenilmirdi. “Rusenborq” sonuncu dəfə ötən ilin noyabrın 2-də çempionatın son turunda evdə “Bode-Klimt” klubuna uduzmuşdu – 1:3. Rəqibi bu səfər qələbəsi sayəsində onu qabaqlayaraq, çempionatı 4-cü yerdə bitirdi.
0