Milli komandamız ikinci yeri tutdu
25.07.2009 - 23:00
Milli komandamız ikinci yeri tutdu
Azərbaycanın cüdo yığması Finlandiyanın Tampere şəhərində keçirilən gənclər arasında Avropa Olimpiya festivalında çıxışını başa çatdırıb. Apasport.az saytının məlumatına görə, komandamız iki qızıl, bir gümüş və bir bürünc medalla 45 ölkə arasında ikinci yeri tutub. Birinci yerə Rusiya yığması çıxıb.
Festivalda idmanın yüngül atletika, tennis, cüdo, velosiped idmanı növlərində təmsil olunmuş Azərbaycan cüdoçularımızın uğuru sayəsində komanda hesabında 19-cu yeri tutub.
0