“Qarabağ” bir seriya qırdı, bəs ikincisi?
28.07.2009 - 11:50
“Qarabağ” bir seriya qırdı, bəs ikincisi?
Avropa Liqasının üçüncü təsnifat mərhələsində mübarizə aparan Ağdamın “Qarabağ” klubu daha bir seriyanı qırmalıdır. Apasport.az saytının məlumatına görə, iyulun 30-da Finlandiyada “Honka” ilə görüşəcək komandamıza meydan sahiblərinin ardıcıl keçirdiyi uğurlu oyunlara son qoymağa çalışacaq.

Belə ki, Espo təmsilçisi sonuncu dəfə “Qarabağ”la matçdan 59 gün əvvəl uduzub. Ötən ilki çempion - “İnter”ə 1:2 hesabı ilə uduzduqdan sonra 10 qarşılaşmadır “Honka” ilə heç kim bacarmır. Bu oyunlarda rəqibimiz 7 qələbə qazanıb və cəmi 3 heç-heçə edib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində də seriya qırmalı olmuşdu. Onda ağdamlılar Norveçin “Rusenborq” klubunun 21 matçlıq məğlubiyyətsizliyinə son qoymuşdu.
0