“Xəzər-Lənkəran”: 4 yox, 5 oyun
28.07.2009 - 14:16
“Xəzər-Lənkəran”: 4 yox, 5 oyun
“Xəzər-Lənkəran” klubunun hazırlıq planlarında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi Avstriyada 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşdusa, məşqçilər daha bir görüş salmağı da məqsədəuyğun sayıblar. Bu ölkənin üçüncü divizion təmsilçisi “Hallvanq”ı 3:1 hesabı ilə məğlub edən “Xəzər-Lənkəran” iyulun 29-da, avqustun 1-də, 4-də və 6-da oyuna çıxacaq. Növbəti görüş sabah Kiprin “Paralimni” klubu ilə olacaq. Heyətinin əsasını legionerlərdən təşkil olunan komanda Kiprin nəhənglərindən sayılmasa da, son 40 mövsümü elitada keçirib, bir neçə dəfə qitə kuboklarına vəsiqə qazanıb.
0