Keçmiş sevgilisi Ronaldonun yataq sirlərini açdı - FOTO
11.08.2009 - 09:46
Keçmiş sevgilisi Ronaldonun yataq sirlərini açdı - FOTO
İspaniyalı model Nereyda Qalyardo vaxtilə eşq macərası yaşadığı portuqaliyalı futbolçu Kriştianu Ronaldonun yataq sirlərini açıb. Apasport.az saytının məlumatına görə, gözəlçə Portuqaliya milli komandasının və Madrid “Real”ının yarımmüdafiəçisini tənqid edib.

Bir telekanalda qonaq olan Nereyda bildirib ki, dünyanın ən yaxşı futbolçusu olmasına baxmayaraq, Kriştianu yataqda çox zəifdir: “O, üstündə fil şəkli olan tuman geyinir. Lakin onda heç də fil gücü yoxdur. Mən bir gecədə 3-4 dəfə onunla olmaq istəyirdim. Kriştianu isə birinci dəfədən sonra yuxuya gedirdi...”

Qeyd edək ki, Qalyardo ilə Ronaldo ötən il ayrılıblar. Futbolçunun “Mançester Yunayted”dən “Real”a keçidindən sonra isə model münasibətləri düzəltməyə çalışmışdı. Kriştianunun Malyorkadakı gecə klublarından birindən çıxan zaman xanım onunla söhbət etməyə cəhd göstərmişdi. Lakin portuqaliyalının tapşırığından sonra mühafizəçilər Nereydanın ona yaxınlaşmasına icazə verməmişdilər.
0