Qurban Qurbanov: "Tvente" bizim qarşılaşacağımız ən güclü rəqibdir
20.08.2009 - 10:07
Qurban Qurbanov: "Tvente" bizim qarşılaşacağımız ən güclü rəqibdir
“Əvvəlki mərhələlərdə olduğu kimi, bu dəfə də rəqibimizə qarşı diqqətli oynayacağıq. Sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyununda Hollandiyada “Tvente”nin qonağı olacaq təmsilçimizin çalışdırıcısı matçla fikirlərini bildirib: "Tvente" bizim qarşılaşacağımız ən güclü rəqibdir. Onlar da gənclərə üstünlük verən komandadır. Hiss olunur ki, komandanın ciddi hədəfləri var. Stiv Maklaren maraqlı komanda yaradıb. Fikrimcə, o hazırda ən güclü məşqçilərdən biridir. Sabah onları 25000 azarkeş dəstəkləyəcək. Amma hər şeyə hazırıq. Çox intizamlı bir komandaya qarşı oynayacağıq. Komandamızın bu mərhələyədək gəlməsi oyunçularıma əlavə güc və özünəinam hissi verib”.

Qeyd edək ki, bu gen Enshede əhərinin “Arke” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0