Almaniya yığmasında qalmaqal: Yansenin xanımı Metselderdən hamilədir
26.08.2009 - 14:56
Almaniya yığmasında qalmaqal: Yansenin xanımı Metselderdən hamilədir
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasında növbəti qalmaqal yaşanır. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl baş məşqçi Yoahim Lövlə kapitan Mixael Ballak, ardınca isə mütəxəssislə Frinqs arasında yaşananlar komandadakı problemlərin görünən hissəsi imiş.

Belə ki, bütün bunlar Almaniyanın iki futbolçusu Marsel Yansenlə Kristof Metselder arasında yaşananlarla müqayisədə xırdalıqdır. Bu iki oyunçunu isə bir xanım birləşdirir. Neçə illərdi Marselin həyat yoldaşı olan Yuliya Qodiçka komanda yoldaşlarının arasına girərək münasibətlərini korlayıb. Yeddi aylıq hamilə olan 25 yaşlı gözəlçənin gözlədiyi uşağın atasının Metselder olduğu aşkarlanıb.

İspaniyanın “Real” (Madrid) klubunda oynayan Kristof da oktyabrda doğulacaq uşağın atası olduğunu etiraf edib: “Bəli, bu mənim uşağımdır. Ona görə mən cavabdehəm. Lakin sizə heç nə deməyəcəyəm”. Atasının Brandenburq şəhərindəki restoranlarının idarəçiliyi ilə dolanan Yuliya Madriddə yaşayan sevgilisindən olan övladını səbirsizliklə gözlədiyini bildirib.
0