Yamayka yığmasının futbolçusu Azərbaycanda oynayacaq
31.08.2009 - 10:00
Yamayka yığmasının futbolçusu Azərbaycanda oynayacaq
Salyanın “Muğan" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Yamayka milli komandasının formasını geymiş Akeem Sayeed Priestleyi sıralarına qatıb. Son mövsümdə vətənində “Harbour Vyu” klubunun şərəfini qoruyan 24 yaşlı futbolçu salyanlıların iştirak ərizəsinə daxil edilib. Yamaykanın gənclərdən ibarət yığma komandasında və son vaxtlar ölkənin əsas millisində oynamış hücuma meylli yarımmüdafiəçi bu mövsümdən etibarən "Muğan"ın uğuru üçün çalışacaq.

Qeyd edək ki, Priestley Azərbaycan klublarının tarixində ilk yamaykalı futbolçudur.
0