Dünya çempionatında boksçularımızın rəqibləri müəyyənləşdi
01.09.2009 - 10:15
Dünya çempionatında boksçularımızın rəqibləri müəyyənləşdi
İtaliyanın Milan şəhərində təşkil olunan boks üzrə dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan idmançılarının da rəqibləri müəyyənləşib.

Çempionata qatılan 10 boksçumuzdan 9-u mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Yalnız Ramal Amanov birbaşa 1/16 finalda döyüşmək hüququna malikdir. Həmyerlilərimizdən bu gün Nihad Seyidov rinqə çıxacaq. O, günorta saatlarında yerli idmançı Vinçenzo Pikardini sınağa çəkəcək. Çempionat sentyabrın 12-dək davam edəcək.

48 kq (46 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Elvin Məmişzadə - Sinx Toçk (Hindistan)

51 kq (50 boksçu), təsnifat mərhələsi
1 sentyabr
Nihad Seyidov - Vinçenzo Pikardi (İtaliya)

54 kq (55 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Rəhim Nəcəfov - Con Nevin (İrlandiya)

57 kq (57 boksçu), təsnifat mərhələsi
3 sentyabr
İlkin Ağayev - Luis Porozo (Ekvador)

60 kq (55 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Ruslan Qasımov - Everton Lopes (Braziliya)

64 kq (56 boksçu), 1/16 final
4 sentyabr
Ramal Amanov - Aleksis Vastin (Fransa)

69 kq (55 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Emil Məhərrəmov - Həbib Əhməd (Qana)

75 kq (62 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Fərid Ağayev - Stipiça Brekalo (Xorvatiya)

81 kq (46 boksçu), təsnifat mərhələsi
4 sentyabr
Elnur Qədirov - Dauqirdas Semiotas (Litva)

91 kq (46 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Elçin Əlizadə - Manqanyi Masana (CAR)
0