“İnter” rəhbərliyi əcnəbi futbolçunu gözüyumulu transfer edib?
01.09.2009 - 16:16
“İnter” rəhbərliyi əcnəbi futbolçunu gözüyumulu transfer edib?
Bakının “İnter” rəhbərliyinin heyətinə cəlb etdiyi Robertas Poşkusun səhhətində problem var. Apasport.az saytının məlumatına görə, litvalı hücumçu daban nahiyəsindəki ağrılardan əziyyət çəkir. Onun 2005-ci ildə dabanından aldığı zədə xroniki xarakter daşıyır.

Özü də maraqlıdır ki, Poşkusun xroniki zədəsi barədə elə onun öz saytında məlumat yazılıb. Lakin “İnter” rəsmiləri buna baxmayaraq, 30 yaşlı əcnəbi futbolçu ilə cari mövsümün sonunadək müqavilə bağlayıblar.

Mənbə: extratime.az
0