ABŞ güləşçisi dünya çempionatında tatami üzərində öldü
07.09.2009 - 14:23
ABŞ güləşçisi dünya çempionatında tatami üzərində öldü
ABŞ-lı veteran güləşçi Maykl Ceyn dünya çempionatında vəfat edib. Apasport.az saytının məlumatına görə, Finlandiyada veteranlar arasında keçirilən turnirdə 130 kiloqramda mübarizə aparan Ceyn ilk görüşündə yerli idmançı Harri Nyemi ilə güləşdiyi zamanı halı pisləşib. İnfarkt keçirən güləşçi elə döşək üzərində dünyasını dəyişib. Onu həyata qaytarmaq üçün göstərilən səylər faydasız olub.

Qeyd edək ki, Maykl bu il Nyu-Yorkda veteranlar arasında keçirilən beynəlxalq güləş turnirinin qalibi olmuşdu. O, ötən il ölkəsində sərbəst növdə ölkə çempionluğunu qazanmışdı.
0