Elmar Qasımov: İrəvanda himnimiz səslənəndə...
14.09.2009 - 18:35
Elmar Qasımov: İrəvanda himnimiz səslənəndə...
“Avropa çempionu olduğum üçün çox sevinirəm. Ən çox ona görə sevinirəm ki, İrəvanda Azərbaycan himnini səsləndirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ermənistanın paytaxtı İrəvanda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının qalibi Elmar Qasımov deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçularımızı qarşılayanların hamısının diqqəti Ermənistanda Azərbaycan himnini səsləndirən qəhrəmana yönəlmişdi. Lakin Elmar izdiham önünə çıxan kimi yaxınlarının əlləri üstünə qaldırılaraq, media nümayəndələri üçün əlçatmaz olub. Jurnalistlərin təkidindən sonra çempion İrəvan səfəri ilə bağlı təəssüratlarını bölüşüb: “Fəxri kürsüyə qalxarkən zala baxdım. Əksəriyyət himnimizin sədaları altında ayağa qalxmışdı. Mən İrəvana qələbə arxasınca getmişdim və istədiyim çempionluğu əldə etdim”.
0