Azərbaycan yığmasının qapıçısı Asiyada komanda axtarır
16.09.2009 - 10:26
Azərbaycan yığmasının qapıçısı Asiyada komanda axtarır
Azərbaycan yığmasının sabiq qapıçısı Mikayıl Yusifov karyerasını Asiyada davam etdirmək fikrinə düşüb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Salyanın “Muğan” klubunda çıxış edən 28 yaşlı qapıçı hazırda özünə yeni komanda axtarışındadır.

Bir vaxtlar Türkiyənin aşağı liqasında “Kartalspor” klubunun heyətində yer alan Mikayıl yenidən vətəndən kənarda qüvvəsini sınamaq istəyindədir. Azərbaycanda “transfer pəncərəsi” bağlandığı üçün qışa kimi heç bir klubumuza keçə bilməyən Yusifova menecer dostları Asiyada klub axtarır. Bu qitədə futbola diqqətin böyük olmasını öyrənən qapıçı orada çıxışının baş tutacağına inanır. Braziliyalı mütəxəssis Karlos Alberto Torresin dövründə milli komandamıza cəlb olunan Mikayıl daha yox gənc yığmasında, eləcə də “Xəzər-Lənkəran” və “Şəfa” klubunda çıxış ilə tanınıb.

Qeyd edək ki, Asiyada çıxış edən milli komandamızın serbiyalı hücumçusu Branimir Subaşiç Çinin “Çanqçun Yatay” klubunda oynayır.
0