Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub
12.01.2026 - 10:19
Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Bu barədə "Apasport"a AFFA-dan məlumat verilib.

"Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.