Naz et mənə, ey sevgili canan, mənə naz et!
01.10.2009 - 10:24
Naz et mənə, ey sevgili canan, mənə naz et!
“Azərbaycan yığması ilə oyunda 3:0 hesablı qələbə qazanmalı idik. Amma rəqibin güclü olması ilə yanaşı əhval-ruhiyyəmiz də buna imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının üzvü Naz Aydemir deyib.

Avropa çempionatının final mərhələsinin pley-off oyunlarında Azərbaycan milli komandasını 3:1 hesabı ilə məğlub etdikdən sonra 19 yaşlı gözəlçə matçla bağlı fikirlərini açıqlayıb. Türkiyə yığmasının ən seksual oyunçularından biri olan Naz arzularının ürəklərində qaldığını bildirib: “Biz hələ də Almaniyaya 2:3 hesablı məğlubiyyətin acısını yaşadığımızdan, bu, oyunumuza təsirini göstərir. Həmin qarşılaşmada qalib gəlsəydik, bugünkü qələbədən sonra yarımfinalda olardıq. Təəssüf ki, indi heç nəyi dəyişmək iqtidarında deyilik. Taleyimizlə barışıb, qrupdakı son matçı düşünməliyik. Mümkün qədər yüksək yerə yiyələnmək üçün daha yaxşı nəticə qazanmalıyıq. Avropa çempionatında minimum 5-ci yeri tutmalıyıq ki, növbəti qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edək”.
0