Komandamız Türkiyə yığmasının məşqçisini qorxutdu
01.10.2009 - 10:44
Komandamız Türkiyə yığmasının məşqçisini qorxutdu
Azərbaycan milli komandası Türkiyə yığmasının baş məşqçisini qorxudub. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində keçirilən növbəti oyun günündə millimizi məğlub edən rəqibimizin italiyalı çalışdırıcısı Alessandro Çiappini matçla bağlı fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qorxulu şeylər gördüyünü etiraf edib: “Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox sevinirik. Çünki qarşılaşma bizim üçün qorxunc şəkildə başlamışdı. Amma sonradan biz servisdə yaxşı oynamağa başladıq ki, bu da rəqibin hücum təşkil etməsinə əngəl oldu. İndi son oyunumuzda qələbə haqda düşünürük ki, maksimum yüksək nəticə göstyərək”.
0