“Xəzər-Lənkəran”a Superliqadan daha bir rəqib
02.10.2009 - 14:56
“Xəzər-Lənkəran”a Superliqadan daha bir rəqib
Oktyabrın 1-dən Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubunun yoldaşlıq oyunlarındakı daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 10 günlük hazırlıq çərçivəsində 3 yoxlama görüşü keçirmək istəyən lənkəranlılar “Kasımpaşa” ilə də qarşılaşacaq.

Superliqa təmsilçisinin futbol şöbəsinin müdiri Mehmet Süha Sidalın sözlərinə görə, Antalyada 10 günlük toplanış keçirəcək komandası “Xəzər-Lənkəran”la qüvvəsini sınamaq haqda razılıq əldə edib. Cari mövsümə ardıcıl 6 məğlubiyyətlə başlayan “Kasımpaşa” ilk heç-heçəsini son turda etməklə, Superliqanın turnir cədvəlində sonucu pilləsində qərarlaşıb. Lənkəranlıların rəqibi bu toplanışdan maksimum yararlanmaqla, “zirzəmi”dən qurtulmağa çalışır.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın “Kasımpaşa”dan başqa “Antalyaspor”la da qarşılaşacağı xeyli əvvəl dəqiqləşib.
0