Azərbaycan çempionundan UEFA kubokunda növbəti qələbə
02.10.2009 - 23:03
Azərbaycan çempionundan UEFA kubokunda növbəti qələbə
Xorvatiyanın Pula şəhərində təşkil edilən futzal üzrə UEFA kubokunun ikinci seçmə mərhələsinin 5-ci qrupunda növbəti oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Araz” ikinci turda Serbiyanın “Kolubara” klubu ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Naxçıvan təmsilçisi ilk oyununda Kiprin “Omoniya” komandasını 4:1 hesabı ilə məğlub edib. “Araz” son görüşünü oktyabrın 4-də yerli “Potpiçan” klubu ilə qarşılaşacaq.
0