Yaponlar milli komandamızı darmadağın etdilər
12.10.2009 - 13:28
Yaponlar milli komandamızı darmadağın etdilər
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında “Çelenc-1” yarışı start götürüb. Apasport.az saytının məlumatına görə, turnirin başlanğıcı A qrupunda yer alan Azərbaycan yığması üçün uğursuz olub. Belə ki, həmyerlilərimiz Yaponiya komandasına 0:5 hesabı ilə uduzub.

Darmadağının təməlini 17-ci dəqiqədə Rika Komazava qoyub. İlk hissənin sonunadək daha iki qol vuran yaponlar 44-cü və 54-cü dəqiqələrdə də yığmamızı cəzalandırıblar. Bununla da, komandamız ilk görüşdə böyük hesablı məğlubiyyətlə üzləşib.

Koreyalı Joa Hanqın rəhbərlik etdiyi kollektiv bu gün Çilini sınağa çəkəcək. Yığmamız qrupda son matçını oktyabrın 14-də meydan sahiblərinə qarşı keçirəcək.
0