Yeni pivə: 10 Marado - FOTO
27.10.2009 - 16:43
Yeni pivə: 10 Marado - FOTO
Əfsanəvi futbolçu, Argentina milli komandasının baş məşqçisi Dieqo Armando Maradona indi də pivəni xoşlayanların sevimlisinə çevriləcək. Apasport.az saytının məlumatına görə, Meksikada bir pivə istehsalçısı yeni məhsula məhz Maradonanın adını verib. O, pivəyə daha qısa və yığcam ad qoyub: 10 Marado. Qablarının üstü Argentina yığmasının formasına uyğun olaraq, göy-ağ rənglərlə örtülmüş pivənin təqdimat mərasimi Qvadalahara şəhərində keçirilib.

Bir vaxtlar narkotik maddələr və alkoqol içkilərdən əziyyət çəkmiş Maradona yeni məhsula hələlik münasibətini bildirməyib. Yeri gəlmişkən, “Serveseriya Revoluşn” şirkəti pivələrin Argentinada da satışının təşkili üçün Maradonaya təklif irəli sürüb.
0