Jasmina Respublika stadionunda - FOTO
29.10.2009 - 10:40
Jasmina Respublika stadionunda - FOTO
Azərbaycan yığmasının növbəti oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsində mübarizə aparan futbolçularımızın Belçika ilə görüşü serbiyalı hakimlərə tapşırılıb. Noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək komandaların matçını Qordana Kuzmanoviç idarə edəcək. Onun köməkçiləri həmyerliləri Jasmina Zafiroviç və Draqana Veljkoviç olacaq. Yarışların qaydalarına əsasən, qarşılaşmanın ehtiyat hakimi yerli ədalət təmsilçisi olacaq ki, onun da kimliyinə hələ aydınlıq gəlməyib.

Qeyd edək ki, Azərbaycan – Belçika matçı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
0