Avrokuboklar bizlik deyil
09.11.2009 - 09:48
Avrokuboklar bizlik deyil
Qadın həndbolçulardan ibarət ABU klubu Kuboklar Kuboku uğrunda yarışın 2009/10 mövsümündə uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz turnirin üçüncü mərhələsi çərçivəsində Fransanın “Mios Biqanos” komandasına uduzublar.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Fransanın La Teste de Buş şəhərində təşkil olunub. İlk görüşdə 26:35 hesablı məğlubiyyətlə barışan ABU iki gün sonra keçirilən növbəti matçda da rəqiblə bacarmayıb. Bu dəfə təmsilçimiz xüsusilə birinci hissədə “Mios Biqanos”a ciddi müqavimət göstərib. Lakin fasilədən sonra üstünlüyünü bir qədər də artıran meydan sahibləri inamlı qələbə qazanıblar - 39:24. Beləliklə, ABU iki oyunun nəticəsinə görə, 50:74 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.
0