Veteranlarımız İtaliyaya gedirlər
10.11.2009 - 14:18
Veteranlarımız İtaliyaya gedirlər
Azərbaycanın veteran cüdoçuları İtaliyanın Linyano şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar. Bu haqda apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 12-də start götürəcək qitə birinciliyində ölkəmizin idman şərəfini 13 cüdoçu qoruyacaq. Kişilərin mübarizəsində Adil Əliyev, Famil İsmayılov, Seyfəl Əsgərov, Mübariz Cəfərov (hamısı 81 kq), Fərhad Rəcəbli, Azər Əsgərov, Asəf Əsədov, Rəsul Sultanov, İlham Zahirzadə (hamısı 100 kq), Mübariz Pənahov, Azad Əliyev və Məhəmməd Müslümzadə (hamısı +100 kq) çıxış edəcəklər. Xanımlar arasında yeganə təmsilçimiz isə Zülfiyyə Hüseynova (70 kq) olacaq. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.
0