İlk dövrənin son turu: Sumqayıtdan Quzanlıya qədər
19.11.2009 - 16:58
İlk dövrənin son turu: Sumqayıtdan Quzanlıya qədər
Azərbaycan futbol çempionatında iki həftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, yarışda növbəti fasilə yığmamızın Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turnirdə iştirakı ilə əlaqədar yaranmışdı. İlk dövrəyə yekun vuracaq XI turun oyunları 3 gün ərzində keçiriləcək. Tura sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start veriləcək. Çempionatın autsayderi olan “Standard” ilk qələbəsini “altlılığ”a düşməyə iddialı “Qəbələ” üzərində qazanmağa çalışacaq. Böyükağa Hacıyev ona yaxşı tanış olan gənc həmkarı Ramiz Məmmədovla görüşəcək. Hacıyev İranda məşqçi işləyəndə Məmmədov orada oynayıb və onlar hələ Arazın o tayında rəqib olublar. “Standard”ın çalışdırıcısının 2007/08 mövsümünün əvvəlində “Bakı”nın baş məşqçi postundan gedişində “Qəbələ”yə məğlubiyyətin (0:2) də təsiri olub. Həmin vaxt da “Qəbələ”ni Ramiz Məmmədov çalışdırırdı.

Sözsüz ki, turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Neftçi” cari mövsümdə ev oyunlarını keçirdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ot örtüyünün vəziyyəti ilə əlaqədar hazırkı lider “İnter”i mərkəzi arenamızda qəbul edəcək. “Bankirlər”ə ilk dövrəni zirvədə başa vurmaq üçün 1 xal da kifayətdir. Ancaq “qızıl xallar”ı və “Neftçi”nin “altılığ”a düşməyə iddialı olduğunu nəzərə alsaq, “İnter” səfər oyununa qələbə naminə çıxacaq.

Qeyd edək ki, XI tura təyinat alan yeganə FİFA referimiz Vüsal Əliyevə mərkəzi oyun tapşırılıb.

20 noyabr
14:00. "Standard" - "Qəbələ"

Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

21 noyabr
14:00. "Karvan" - "Xəzər-Lənkəran"

Baş hakim: Rövşən Əhmədov
Yevlax. Şəhər stadionu.

18:00. "Simurq" - "Turan"
Baş hakim: Elnur Muradov
Zaqatala. “Simurq” stadionu.

22 noyabr
14:00. "Muğan" - "Bakı"

Baş hakim: Rasim Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Neftçi" - "İnter"
Baş hakim: Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

14:15. "Qarabağ" - "Olimpik-Şüvəlan"
Baş hakim: Elçin Məmmədov
Ağdam. Quzanlı qəsəbə stadionu

N

Komandalar

O

Q

H

M

T

X

1

İnter

10

7

2

1

21-10

23

2

Simurq

10

6

2

2

13-8

20

3

Qarabağ

10

6

2

2

9-5

20

4

Qəbələ

10

5

2

3

13-12

17

5

Neftçi

10

5

1

4

8-6

16

6

Xəzər-Lənkəran

9

4

3

2

10-5

15

7

Bakı

9

4

1

4

6-6

13

8

Olimpik-Şüvəlan

10

3

3

4

11-14

12

9

Turan

10

3

2

5

13-14

11

10

Muğan

10

3

2

5

7-15

11

11

Karvan

10

1

2

7

10-15

5

12

Standard

10

0

2

8

7-18

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.
0