ŞOK: “Qalatasaray”ın 30 futbolçusunda “donuz qripi”
20.11.2009 - 10:04
ŞOK: “Qalatasaray”ın 30 futbolçusunda “donuz qripi”
İstanbulun “Qalatasaray” klubunda H1N1 virusu kütləvi şəkildə yayılıb. Apasport.az saytının məlumatına görə, klubun 3 müxtəlif yaş qrupundan ibarət komandalarında 30 futbolçu “donuz qripi”nə tutulub.

“Cim Bom” rəhbərliyi həmin komandaların çempionatdakı oyunlarının təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına müraciət edib. Nəticədə 14-15 yaşlılar arasında “Qalatasaray” - “Pendik”, 16 yaşlılar arasında “Sakarya” - “Qalatasaray”, 18 yaşlılar arasında isə “Qalatasaray” - “Sarıyer” matçları təxirə salınıb.

Qeyd edək ki, bir neçə gün öncə “Qalatasaray”ın məşhur futbolçusu, Türkiyə yığmasının şərəfini qoruyan Arda Turanda da “donuz qripi” aşkarlanıb. O, Superliqada bu həftəsonu “Manisaspor”a qarşı forma geyinə bilməyəcək. Sağlıq durumu tədricən yaxşılaşan Ardanın noyabrın 23-dən etibarən məşqlərə qatılacağı gözlənilir.
0