“Qalatasaray” bizimkilərə rəhm etmədi
03.12.2009 - 10:44
“Qalatasaray” bizimkilərə rəhm etmədi
Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu “Çağırış” kubokunun ikinci mərhələsinə ağır məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz İstanbulda “Qalatasaray”a 0:3 hesabı ilə uduzublar. Voleybolçularımız cəmi 1 saat 4 dəqiqəyə təslim olublar və oyun ərzində yalnız 48 xal toplayıblar. Matçı “Qalatasaray”ın prezidenti Adnan Polat da izləyib.

“Çağırış” kubokunda mübarizə aparan digər komandalarımız da məğlubiyyət acısı dadıblar. Lakin “İqtisadçı”dan fərqli, həm “Lokomotiv”, həm də “Azərneft” səfərdə rəqibinə ciddi müqavimət göstərib. Təkcə onu demək kifayətdir ki, “Lokomotiv”in israillilərlə görüşü 2 saatdan çox davam edib.

Qeyd edək ki, “Rabitə” bir gün öncə Polşanın “İmpel Qvardiya” klubuna qalib gəlib. Avrokuboklarda son təmsilçimiz “Azərreyl” isə bu gün Avstriyada “SVS Post Şveşat”ı sınağa çəkəcək.

“Çağırış” kuboku, ikinci mərhələ
Qadınlar

“Qalatasaray” (Türkiyə) - “İqtisadçı” - 3:0 (25:18, 25:13, 25:17)

Cavab oyunu 10 dekabr saat 16:00-da olacaq.

RAANANA (İsrail) - “Lokomotiv” - 3:2 (14:25, 25:18, 26:24, 28:30, 15:10)
Cavab oyunu 9 dekabr saat 18:30-da olacaq.

Kişilər
“Foinikas” (Yunanıstan) - “Azərneft” - 3:2 (21:25, 25:16, 25:19, 20:25, 19:17)

Cavab oyunu 9 dekabr saat 16:00-da olacaq.

CEV kuboku, 1/16 final
Qadınlar

1 dekabr, saat 21:00 “İmpel Qvardiya” (Polşa) - “Rabitə” - 1:3 (20:25; 26:24; 15:25; 11:25)

Cavab oyunu 10 dekabr saat 18:30-da olacaq.

3 dekabr, saat 21:00 “SVS Post Şveşat” (Avstriya) - “Azərreyl”
Cavab oyunu 8 dekabr saat 18:00-da olacaq.
0