Kriştianu Ronaldonun oxşarı - FOTOSESSİYA
19.12.2009 - 00:22
Kriştianu Ronaldonun oxşarı - FOTOSESSİYA
2008-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kriştianu Ronaldonun oxşarı tapılıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı portualiyalı yarımüdafiəçinin oxşarı da elə özü kimi futbolçudur - bolqarıstanlı Daniel Zlatkov. Daniel uca boyuna, saç quruluşuna, hərəkətlərinə görə, Kriştianuya bənzəyir. O, “Real”ın ulduz futbolçusuna xüsusilə eynək taxanda, daha çox oxşayır.

Ancaq təbii ki, Daniel məşhurluqda Ronaldodan çox geri qalır. Bolqarıstanın ortabab klublarından sayılan “Minyor”un şərəfini qoruyan Zlatkovun cəmi 20 yaşı var. Bu gənc müdafiəçinin transfer qiyməti isə 50 min avrodur. Yəni, Ronaldonun transfer qiymətindən (94 milyon funt-sterlinq) təxminən 2000 dəfə ucuz...
0