Tarixi gün, möhtəşəm tədbir və 5 qalib - FOTOSESSİYA
21.12.2009 - 17:00
Tarixi gün, möhtəşəm tədbir və 5 qalib - FOTOSESSİYA
21 dekabr Azərbaycan futbolunun tarixinə düşüb. Məhz bu gün 17 illik müstəqil futbol tariximizdə ilk dəfə ilin ən yaxşı oyunçuları seçilib. AFFA tərəfindən təşkil olunan sorğuda 2009-cu ilin ən yaxşı qadın futbolçusu, futzalçısı, çimərlik futbolçusu, həmçinin əsas milli komandanın futbolçusu və qapıçısı seçilib. Bu nominasiyalarda müvafiq olaraq, Anna Atayeva, Rizvan Fərzəliyev, Elvin Quliyev, Vaqif Cavadov və Kamran Ağayev qalib gəlib. Mükafatlandırma mərasimi isə bu gün “Landmark” biznes mərkəzinin “Rotunda” zalında keçirilib. Apasport.az saytının da informasiya dəstəyi verdiyi tədbir möhtəşəm alınıb.
0