Dördqat dünya çempionu Azərbaycanı tərk etdi - FOTO
30.12.2009 - 13:22
Dördqat dünya çempionu Azərbaycanı tərk etdi - FOTO
Kikboksinq üzrə Azərbaycan milli komandasının üzvü Hafiz Baxşəliyev ölkəmizi tərk edib. Bu haqda Lent.az-a Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, Baxşəliyev peşəkar kikboksçu karyerasını davam etdirmək üçün Böyük Britaniya klubundan sərfəli təklif alıb: “Hafiz gözəl idmançıdır. Dünya miqyasında ölkəmizi layiqincə təmsil edib. Amma o, son zamanlar peşəkar kikboksinqlə məşğul olurdu. Ölkəmizdə isə bu sahə hələ lazımi səviyyədə inkişaf etməyib. Ona görə də Baxşəliyev Britaniya klubundan aldığı təklifi müsbət cavablandırdı. Hazırda o, xaricdə ölkəmizi layiqincə təmsil edir”.

Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Hafiz Baxşəliyev kikboksinqin müxtəlif versiyalarında 4 dəfə dünya çempionu olub. Bununla yanaşı, 29 yaşlı Baxşəliyev peşəkar kikboksinq üzrə Avropa kəmərini qazanıb.
0