Milli komandamız Danimarka və Norveçə qarşı
03.01.2010 - 23:20
Milli komandamız Danimarka və Norveçə qarşı
Azərbaycanın qızlardan ibarət voleybol üzrə yığma komandası Avropa çempionatının yanvarın 8-də Danimarkada başlanacaq seçmə turnirinin birinci mərhələsində iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, voleybolçularımız meydan sahibləri və Norveçlə qarşılaşacaqlar. Qaliblər qitə birinciliyinin ikinci mərhələsində iştirak etmək hüququ qazanacaq.
AzərTac
0