“Bu gecə maşınının altına bax, bəlkə də ora bomba qoyacağıq” - FOTO
11.01.2010 - 13:48
“Bu gecə maşınının altına bax, bəlkə də ora bomba qoyacağıq” - FOTO
İspaniyalı basketbol hakimi Daniel Hierrezuelonu öldürmək istəyirlər. Apasport.az saytının məlumatına görə, o, İspaniya çempionatında keçirilən “Kaxasol” - “Manresa” qarşılaşmasında azarkeşlər tərəfindən ölümlə hədələnib.

İkinci hissənin gedişində meydançanın kənarına gələn Daniel fanatların ona təhdid göstərdiklərini əsas gətirərək, oyunu dayandırıb. Olayla bağlı araşdırmalara başlanılıb.

Təcrübəli hakim ölkə mətbuatına verdiyi müsahibədə belə deyib: “Tribunalardan eşidilən söyüşləri vecimə almıram. Ancaq ölüm hədələrinə qətiyyən laqeyd qala bilmərəm. Oyunda hamı bir ağızdan “Hierrezuelo bu gecə maşınının altına bax, bəlkə də ora bomba qoyacağıq” deyə qışqırırdı”.
0