Bu gün qartopu, sabah futzal - FOTOSESSİYA
18.01.2010 - 17:01
Bu gün qartopu, sabah futzal - FOTOSESSİYA
Bu gün Azərbaycan futzal yığması Avropa çempionatında qarşılaşacağı Macarıstanla oyunöncəsi son məşqinə çıxıb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, məşq qitə çempionatını keçiriləcəyi “Papp Laszlo” İdman Sarayında olub. Baş məşqçi Joze Alesio da Silvanın yetirmələri öncə isinmə hərəkətləri ediblər. Ardından cütlüklərə ayrılan futzalçılar qısa ötürmələr üzərində işləyiblər. Qapıya zərbələr vuran milli komandamızın üzvləri daha sonra ikitərəfli oyun keçiriblər. Məşqin sonunda futzalçılar qapıya 7 və 10 metrlik cərimə zərbələri endiriblər.

Maraqlıdır ki, “Papp Laszlo” İdman Sarayı qara rəngli parket örtüyə malikdir. Bu isə arenanın xüsusi dizaynda olmasını göstərir. Məşqdən qayıtdıqdan sonra futzalçılarımız imkan tapıb, qartopu da oynadılar.

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı sabah Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
0