Azad Rəhimov totalizator oyunlarını öz yaxınına tapşırdı
29.01.2010 - 17:19
Azad Rəhimov totalizator oyunlarını öz yaxınına tapşırdı
Azərbaycan Gənclər və İdman Nazirliyinin tərkibində yaradılmış “Azəridmanservis” Səhmdar Müəssisəsinin rəhbəri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qurum nazir Azad Rəhimova yaxınlığı ilə tanınan Azər Məhərrəmova tapşırılıb. “Azəridmanservis”in əsas işi ölkəmizdə totalizator oyunlarına nəzarət etməkdən ibarətdir. Totalizatorların bu ilin mayından fəaliyyətə başlayacağı gözlənilir. Bu sahədəki gəlirin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA-nın hesabına köçürüləcək.

Qeyd edək ki, Azərbaycanda totalizator oyunlarının leqallaşdırılması ilə bağlı qanun ötən il qəbul olunub.
0