“Xəzər-Lənkəran” yeni legionerlərin taleyinə fevralın 1-də aydınlıq gətirəcək
30.01.2010 - 13:39
“Xəzər-Lənkəran” yeni legionerlərin taleyinə fevralın 1-də aydınlıq gətirəcək
“Kristian Martins Kabral və Emaki Opara ilə hələ anlaşmamışıq. Onların transferi ilə bağlı danışıqlar davam edir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Qış fasiləsi müddətində heyətinə yeni legionerlər cəlb edən cənub təmsilçisi braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral və nigeriyalı hücumçu Emaki Oparanı transfer etmək istəyir. Ancaq Nadirovun sözlərinə görə, həmin legionerlərlə müqavilə imzalanmayıb: “Hər ikisinin oyununu əvvəldən görmüşük. Baş məşqçimiz bu legionerləri bəyənib. Biz də onların keçidi ilə bağlı danışıqlar aparırıq. Kristian ilə Emaki sərbəst futbolçulardır. Yəni onların öz klubları ilə müqavilələri dekabrın sonunda bitib ki, bu da sərfəlidir. Legionerlərin transferi ilə bağlı danışıqlar yüksək səviyyədə gedir və bunun nəticəsi fevralın 1-də bilinəcək”.
0