Mişel Platini milli komandamızın qapıçısını mükafatlandırdı
31.01.2010 - 05:42
Mişel Platini milli komandamızın qapıçısını mükafatlandırdı
Macarıstanda keçirilmiş futzal üzrə Avropa çempionatının final matçını UEFA prezidenti Mişel Platini də izləyib. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, çempionat başa çatdıqdan sonra Platini Azərbaycan yığmasına mükafat verib. O, milli komandamızın kapitanı, qapıçı Marat Salyanskini UEFA-nın xatirə nişanı ilə təltif edib. Platini bunu yığmamıza çempionatda yarımfinaladək irəliləməsinə görə verib.

Qeyd edək ki, futzalçılarımız 3-cü yer uğrunda görüşdə Ukraynaya uduzaraq, 4-cü yeri tutublar.
0