“Bakı” çətin, “Qəbələ” asan qələbə qazandı - YENİLƏNİB
02.02.2010 - 15:51
“Bakı” çətin, “Qəbələ” asan qələbə qazandı - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında ikinci mərhələnin startı verildi. Apasport.az saytının məlumatına görə, “altılığ”a düşmək uğrunda mübarizə aparan “Bakı” və “Qəbələ” vacib qələbə qazandı.

“Turan” həmin zonadan əlini çoxdan üzmüşdüsə, “Olimpik-Şüvəlan” ümidini itirmirdi. Ancaq “Qəbələ”yə məğlubiyyətlə son şansdan da istifadə etməyən “təyyarəçilər” indi bütün diqqətlərini ölkə kubokuna yönəltməlidirlər. “Bakı” ilə “Qəbələ” bu qələbələrdən sonra turnir cədvəlində ən azı bir günlük irəlilədilər. Qəbələnin eyni adlı komandası xalları eyni olduğu “Neftçi”ni şəxsi oyunlarda üstələdiyi (1:0 və 1:1) üçün qabaqlayır.

Premyer Liqada 38 günlük fasilədən sonra ilk turda bütün qolları legionerlər vurdu. “Qəbələ”nin heyətində dubl edən Kristian Torres hazırda ölkəmizdə çıxış edən yeganə argentinalıdırsa, “Bakı”dan Jaba Braziliya, Gürşad Duymuş Türkiyə, “Turan”dan Rəşid Həsənov Rusiyanı təmsil edir. Maraqlıdır ki, Jaba “Turan”a hər iki görüşdə qol vurduğu halda, yeni transfer Gürşad isə “Bakı”da daxili yarışlarda debüt oyununda qol vurmaqla, komandasına mühüm 3 xal qazandırdı.

2 fevral

14:00. "Bakı" - "Turan" - 2:1

QOLLAR: Jaba, 44; Kürşat Duymuş, 76 - Rəşid Həsənov, 60
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Samir Hacıyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Füzuli Cavadov
Hakim-inspektor: Səfər Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ" - 0:2
QOLLAR: Kristian Torres, 12; 44
Hakimlər: Rasim Məmmədov, Azər Əsgərov, Aydın Ələkbərov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
Bakı. "Şəfa" stadionu

3 fevral

16:00. "Xəzər Lənkəran" - "Standard"

Hakimlər: Elnur Muradov, Habil Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran. Şəhər mərkəzi stadionu

16:00. "İnter" - "Muğan"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Eldar Nağıbəyov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Mehdi Qasımov
Hakim-inspektor: Nüvər Xasıyev
Bakı. "Şəfa" stadionu

14:00. "Karvan" - "Simurq"
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Ramiz Əsədov, Fuad Həsənov
AFFA nümayəndəsi: Bəşir Əliyev
Hakim-inspektor: Novil İsmayılov
Yevlax. Şəhər stadionu

15:00. "Neftçi" - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, Roman Vasilyev, Azad Mütəllimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

17

11

3

3

30-16

36

2

"Qarabağ"

17

10

5

2

16-8

35

3

"Xəzər-Lənkəran"

17

10

5

2

24-10

35

4

"Bakı"

18

9

4

5

18-15

31

5

"Qəbələ"

18

8

5

5

21-18

29

6

"Neftçi"

17

8

5

4

18-12

29

7

"Simurq"

17

7

7

3

18-13

28

8

"Olimpik-Şüvəlan"

18

4

6

8

16-20

18

9

"Muğan"

17

3

5

9

12-24

14

10

"Turan"

18

3

4

11

20-28

13

11

"Standard"

17

2

3

12

14-28

9

12

“Karvan”

17

1

4

12

11-26

7


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7
0