Foqts və dostları “balaca general”ı necə təklədi?
13.02.2010 - 10:48
Foqts və dostları “balaca general”ı necə təklədi?
UEFA-nın rəsmi internet saytı hər dəfə olduğu kimi, yenə son 7 günün qəhrəmanlarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, son həftənin əsas olayı olan Avro-2012-nin seçmə mərhələsinin püşkatması ilə bağlı məqamlar da qitə futbol qurumunun diqqətindən yayınmayıb.

Həftənin “tənha”sı isə məhz Azərbaycan milli komandasının yer aldığı A qrupunda tapılıb. UEFA-nın saytı Belçika yığmasının baş məşqçisi Dik Advokatı püşkatmada tənha qaldığını görüb. Belə ki, püşkatmadan dərhal sonra A qrupunda mübarizə aparacaq 6 komandanın baş məşqçiləri bir araya gələrək söhbət etməyə başlayıb. Türkiyə yığması baş məşqçisiz olduğundan danışıqlarda 5 çalışdırıcı iştirak edə bilərdi. Lakin Almaniya (Yoahim Löv), Avstriya (Ditmar Konstantini), Qazaxıstan (Bernd Ştork) və Azərbaycan (Berti Foqts) yığmalarının eyni dilli məşqçilərinin almanca danışması Advokatı kənarda qoyub. Onların dilini bilməyən holland mütəxəssis püşkatmada tənha təsiri bağışlayıb.

Bir müddət Almaniyada, Mönhenqladbaxın “Borussiya” klubunda çalışmasına baxmayaraq, yalnız bir neçə ifadə bilən “balaca general” almanların söhbətini kənardan izləyə-izləyə qalıb.
0