Taekvondoçumuz olimpiadaya lisenziya qazandı
04.03.2010 - 13:03
Taekvondoçumuz olimpiadaya lisenziya qazandı
Azərbaycan taekvondoçusu Səbuhi İsmayılzadə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Lent.az-ın məlumatına görə, təmsilçimiz bu nailiyyəti martın 3-də Meksikanın Tixuan şəhərində start götürən yeniyetmələr arasında olimpiya təsnifat turnirinin ilk günündə əldə edib.

İsmayılzadə çıxış etdiyi 73 kq çəki dərəcəsində 6-cı yeri tutub. Ümumdünya Taekvondo Federasiyası onun adını Sinqapur olimpiadasına lisenziya qazananlar arasında göstərib. Qalan 4 çəki dərəcəsində isə heç bir taekvondoçumuz olimpiadaya vəsiqə verən ilk “6-lığ”a düşə bilməyib.

Bu gün daha 5 çəki dərəcəsində lisenziyaların sahibləri müəyyənləşəcək.
0