Sadıq Sadıqov “Neftçi”ləri birləşdirdi
11.03.2010 - 12:46
Sadıq Sadıqov “Neftçi”ləri birləşdirdi
“Neftçi” İdman Sağlamlıq Mərkəzi (İSM) “Neftçi” Peşəkar Futbol Klubu (PFK) ilə birləşib. Apasport.az saytının məlumatına görə, bu, “Neftçi İSM”in prezidenti Sadıq Sadıqovun “Neftçi” PFK-da prezident postunu tutmasından sonra baş verib. Belə ki, Sadıqov iki qurumu birləşdirib, prezidentlik etmək qərarına gəlib.

Amma birinci divizionda çıxış edən “Neftçi İSM”in adı dəyişdirilməyib. Belə ki, birinci dövrədə olduğu kimi, bu komanda yenə “Neftçi İSM” adlanır. Lakin vaxtilə “Neftçi İSM” idmançısı kimi çıxış edən idmançılar hazırda “Neftçi”ni təmsil edir.
0