“Everton”un maraq göstərdiyi azərbaycanlı futbolçunun kimliyi bəli oldu
16.03.2010 - 00:09
“Everton”un maraq göstərdiyi azərbaycanlı futbolçunun kimliyi bəli oldu
İngiltərənin “Everton” klubunun maraqlandığı azərbaycanlı futbolçunun kimliyi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, ingilis menecerlərin maraq dairəsinə düşən futbolçu yığmamızın və Bakının “Neftçi” komandasının üzvü Araz Abdullayevdir.

“Neftçi” klubundan məlumatı təsdiqləyiblər. Hətta bildirilib ki, Abdullayevi yalnız “Everton” yox, “Fulhem” menecerləri də gözaltı ediblər. Amma britaniyalılar bununla bağlı bakılılara rəsmi yox, şifahi müraciət göndəriblər.

İngilislər futbolçumuzun oyununu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşmada izləyiblər. 2:2 hesabı ilə nəticələnən və yığmamızın 10 nəfərlə qalanda belə yaxşı təsir bağışladığı həmin görüşdə Araz ikinci qolun müəllifi olmuşdu.

“Neftçi” rəhbərliyi yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verəcək.
0