“Sarı-qırmızılar” çempion olsa, yenə soyunacağam”
05.04.2010 - 17:06
“Sarı-qırmızılar” çempion olsa, yenə soyunacağam”
Məşhur italiyalı aktrisa Sabrina Ferillinin “Roma” futbol klubuna məhəbbəti əbədidir. Apasport.az saytının məlumatına görə, 46 yaşlı gözəlçə 12 il əvvəlki vədinin həmişə qüvvədə olduğunu açıqlayıb.

“Roma”nın rəsmi fan-klubunun üzvü olan Sabrina 1998-ci ildə “sarı-qırmızılar”ın çempion olacağı ilə bağlı vəd vermişdi: “Komandamız çempion olarsa, soyunub bədənimi hamınıza göstərəcəyəm”.

Ferillinin arzusu yalnız 3 ildən sonra gerçəkləşdi. Həmin vaxt məşhur kişi jurnalı “Max”a poza verən Sabrina açıq-saçıq şəkillərinin bəzədiyi təqvimin hazırlanmasını istəmişdi. Həmin təqvim isə 1 milyon nüsxədən artıq satılmışdı. Yenə komandasının çempionluq şansı olduğunu görən Sabrina növbəti açıqlamasını verib: “Sözümüz sözdür. “Sarı-qırmızılar” çempion olsa, yenə soyunacağam”.

Qeyd edək ki, “Roma” tarixi ərzində cəmi 3 dəfə (1941/42, 1982/83, 2000/01) İtaliya çempionu olub.
0