Robinyonu vətənə qaytaran qüvvə - FOTOSESSİYA
12.04.2010 - 13:34
Robinyonu vətənə qaytaran qüvvə - FOTOSESSİYA
Braziliya milli komandasının futbolçusu Robinyonun Avropadakı karyerasını məhv edən səbəb müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubundan rekord məbləğə transfer olunan 26 yaşlı hücumçunun “Mançester Siti”də uğursuzluğa düçar olmasına Herika Noronya səbəb olub.

Robinyonun futbol həyatına hakim kəsilən braziliyalı gözəlçə sevgilisinin İngiltərədə oynamasının əleyhinə çıxıb. Məhz modelin təzyiqlərindən sonra vətənə qayıtmağa məcbur olan futbolçu icarə əsasında “Santos”da çıxış edir. Lakin icarə müddəti bitən kimi 86-60-89 ölçülərinə malik Herika ilə Robinyo arasında problemlərin yaranacağı gözlənilir.

Qeyd edək ki, braziliyalı hücumçu 2005-ci ildə Avropaya “Santos”dan transfer olunmuşdu.
0