Kuklalar - VİDEO
14.04.2010 - 16:41
Kuklalar - VİDEO
İspaniya milli komandasının futbolçuları David Vilya və İker Kasilyas maraqlı video rolikin qəhrəmanlarına çevriliblər. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının həftəsonu keçiriləcək “Real” – “Valensiya” matçı ərəfəsində internetdə peyda olan kadrlarda futbolçuların obrazları əks olunub.

“Real”ın qapıçısı İkerin kuklası ilə “Valensiya”nın əsas qol ümidi Vilyanın personajı barda əyləşib söhbət edirlər. Daha doğrusu, şərf toxuyan kuklaların arabir öz aralarında danışmağa da vaxtı olur. Şərfin üzərində isə “Futbolla birləşənlər” ifadəsi yazılıb. Bu rolik prinsipial qarşılaşma ərəfəsində azarkeşlər arasında gərginliyin azaldılması məqsədi daşıyır.

Qeyd edək ki, hazırda liderdən 3 xal geri qalan “Real” ikinci, madridlilərdən 21 xal uzaq düşən “yarasalar” üçüncü pillədə qərarlaşıb.
0