AFFA prezidenti “Araz”ın çıxışına qiymət verdi
26.04.2010 - 12:04
AFFA prezidenti “Araz”ın çıxışına qiymət verdi
AFFA prezidenti Rövnəq Abdullayev “Araz” futzal klubunun UEFA kubokunda çıxışını qiymətləndirib. Apasport.az saytının məlumatına görə, Abdullayev komandamızın Portuqaliyanın paytaxtı Lissabonda 3-cü yer tutmasını tarixi uğur adlandırıb: “Azərbaycan futzalının özünəməxsus ənənələri var və vaxtaşırı biz bunun şahidi oluruq. Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatında 4-cü, “Araz” klubunun isə UEFA kubokunda 3-cü yeri tutması hər birimizi sevindirir və ölkəmizdə bu idman növünün yüksələn xətt üzrə inkişafda olduğunu göstərir. “Araz”ın qələbəsi tarixi uğurdur və bu münasibətlə futzalçıları və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm. Ümidvaram ki, bu qələbələrin davamı gələcək və həm milli komandanın, həm də klublarımızın beynəlxalq yarışlardakı daha böyük uğurlarının şahidi olacağıq”.
0