Yığmamızın oyununu idarə edəcək hakimlər bəlli oldu
28.04.2010 - 10:00
Yığmamızın oyununu idarə edəcək hakimlər bəlli oldu
Mayın 8-də voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının təsnifat mərhələsində ilk matçını keçirəcək. Komandamız bu oyunda Böyük Britaniya millisini qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası birinci görüşü idarə edəcək hakimlərin adlarını açıqlayıb. Bakıda təşkil ediləcək qarşılaşmada ədaləti rusiyalı Yevgeni Makşanov və ukraynalı Aleksey Skibitski qoruyacaqlar.
Futboldan fərqli, voleybolda zəif çıxış edən ingilislərlə cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.
0