Azərbaycan çempionu müəyyənləşdi!
11.05.2010 - 09:40
Azərbaycan çempionu müəyyənləşdi!
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempion adına paytaxtın “Azərneft” klubu layiq görülüb. Finalda “Sərhədçi”ni sınağa çəkən Sahib Əliyevin yetirmələri 3:1 (25:20, 25:21, 23:25, 26:24) hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, az öncə Azərbaycan çempionatının bürünc mükafatını “Masallı” komandası qazanmışdı.
0