Vieyra, Nəsri və Benzema dünya çempionatına aparılmadı
12.05.2010 - 09:33
Vieyra, Nəsri və Benzema dünya çempionatına aparılmadı
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində Fransa milli komandasının şərəfini qorumağa namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Raymond Domenek ilkin heyətə 30 futbolçunun adını daxil edib.

Bu oyunçulardan 7-dən imtina edəcək mütəxəssis artıq indidən 3 ulduzu kənarda qoyub. Domenek İngiltərədə çıxış edənlər - “Mançester Siti” klubunun yarımmüdafiəçisi Patrik Vieyra, “Arsenal”ın orta sahə oyunçusu Samir Nəsri, həmçinin İspaniya “Real”ının hücumçusu, son vaxtlar seks qalmaqalının baş qəhrəmanlarından olmaqla daha da məşhurlaşan Kərim Benzemanı sərəncamında görmək istəməyib.

Qapıçılar: Uqo Loris ("Lion"), Stiv Mandanda ("Marsel"), Sedrik Karrasso ("Bordo"), Mikael Landro ("Lill");

Müdafiəçilər: Qael Klişi, Vilyam Qallas, Bakari Sanya (hamısı "Arsenal", İngiltərə), Patris Evra ("Mançester Yunayted", İngiltərə), Erik Abidal ("Barselona", İspaniya), Rod Fanni ("Renn"), Sebastyan Skillaçi ("Sevilya", İspaniya), Adil Rami ("Lill"), Mark Planyas ("Bordo"), Antoni Reveyer ("Lion");

Yarımmüdafiəçilər: Lassana Diarra ("Real", İspaniya), Alu Diarra, Yoann Qurkyuff ("Bordo"), Ceremi Tulalan ("Lion"), Floran Maluda ("Çelsi", İngiltərə), Abu Diabi ("Arsenal", İngiltərə), Yan Mvila ("Renn");

Hücumçular: Tyerri Anri ("Barselona", İspaniya), Nikola Anelka ("Çelsi", İngiltərə), Andre-Pyer Jinyak ("Tuluza"), Frank Riberi ("Bavariya", Almaniya), Sidney Qovu ("Lion"), Cibril Sisse ("Panatinaikos", Yunanıstan), Hatəm Ben Arfa, Matye Valbuena (hər ikisi "Marsel"), Cimmi Brian ("Renn").
0